
Venesiya Komissiyası Azərbaycandan bir sıra Qanunların təkmilləşdirilməsinə dair təkliflər gözləyir.
Venesiya Komissiyası Katibliyinin nümayəndəsi Sergey Kuznetsovun çərşənbə axşamı telefonla Tren News-a bildirdiyinə görə, Venesiya Komissiyası Azərbaycanda bəzi qanunların, o cümlədən azad toplaşma, siyasi partiyalar və Seçki Məcəlləsinə dair Qanunların təkmilləşdirilməsinə yardım göstərməyə hazırdır.
Venesiya Komissiyası Azərbaycan hakimiyyətinə qanunvericiliyi təkmilləşdirməyi və bir sıra dəyişiklik və düzəlişlərin edilməsini tövsiyə edib. Azərbaycan hakimiyyəti ölkədə keçiriləcək prezident seçkisindən sonra azad toplaşma, siyasi partiyalar və Seçki Məcəlləsinə dair Qanunlar üzərində işləyəcəyi barədə vəd verib.
«Seçki başa çatdı və biz işlə başlamağa hazırıq», - deyə Kuznetsov bildirib.
Söhbət siyasi partiyaların ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi, MSK-nın tərkibinin partitet əsasda formalaşması, yerli icra strukturlarının kütləvi aksiyaların keçirilməsinə icazə vermə səlahiyyətlərinin ləğvi kimi məsələlərin nəzərdən keçirilməsindən gedir. /Trend/