Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanın prezidentliyə keçmiş namizədləri hökumətin tərkibinin dəyişdirilməsini zəruri sayırlar
Azərbaycanın prezidentliyə keçmiş namizədləri hökumətin tərkibinin dəyişdirilməsini zəruri sayırlarHakim Yeni Azərbaycan Partiyası (YAP) yenidən prezident seçilən İlham Əliyevin andiçmə mərasimindən sonra hökumətin tərkibində hər hansı dəyişiklik aparılmasını vacib saymır.
«Bizim üçün vacib olan cəmiyyətin obyektiv şəkildə özünün liderini seçə bilməsidir və bu proses baş verib»,- YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çərşənbə axşamı TrendNews - a bildirib.

Azərbaycan Konstitusiyasına görə, yeni seçilən prezidentin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefaya göndərilir və yeni hökumət formalaşdırılır.

Mirzəzadənin sözlərinə görə, yeni seçilən prezident Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində, komandasını yenidən formalaşdıracaq.

«Komandada kimlərin olacağını və strukturu məsələsini, şübhəsiz ki, prezident müəyyənləşdirəcək», - YAP funksioneri vurğulayıb.

Mirzəzadə düşünür ki, indi əsas məsələ komandada yenilərin olub - olmaması yox, prezidentin öz siyasi kursunu daha yüksək templə davam etdirməsidir.

«Cəmiyyət üçün maraqlı olan onun sosial problemlərinin həlli, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, Qarabağ probleminin həllinin yaxınlaşması və beynəlxalq aləmdə nüfuzumuzun artmasıdır. Prezidentin bu istiqamətdə atacağı addımlar cəmiyyət üçün daha maraqlıdır», - Mirzəzadə deyib.

Azərbaycanın müxalifətçi prezidentliyə namizədi olmuş, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hökumətdə dəyişiklikləri zəruri sayır.

«Azərbaycan hökumətindəki bəzi məmurlar öz yerində deyillər. Bu da onu göstərir ki, Azərbaycanın dövlət başçısının sərəncamlarını yerinə yetirə bilmirlər», - çərşənbə axşamı TerndNews - a Hacıyev bildirib.

Hacıyevin fikrincə, hökumətdə Azərbaycan dövləti və xalqı üçün əlindən gələni edən məmurlar da az deyil.

«Amma elə məmurlar da var ki, dövlət rəhbərinin işində süni şəkildə əngəl rolunu oynayırlar. Onlar prezidentin sərəncamlarının yerlərdə icra olunmasına imkan vermirlər», - partiya sədri vurğulayıb.

Müasir Müsavat Partiyası liderinin sözlərinə görə, yenidən prezident seçilən İlham Əliyev ona verilən səlahiyyətlərdən istifadə etməlidir.

«Ətrafında iş görməməkləri bir yana, dövlətə xəyanət edən məmurları sıradan çıxarmalıdır. Onlar elə düşünürlər ki, toxunulmazdırlar. Belə məmurlar nə qədər əvəz olunmursa, Azərbaycanda hər an dövlətə xəyanət təhlükəsi də qalır», - Hacıyev qeyd edib.

«Biz hökumətin tərkibində dəyişikliklərin ediləcəyini 2003 - cü il prezident seçkisindən sonra gözləsək də, reallaşmadı», - çərşənbə axşamı TrendNews - a prezidentliyə digər keçmiş namizəd, müxalif Liberal Demokrat Partiyasının (LDP) sədri Fuad Əliyev deyib.

Əliyev yenidən preziden seçilən İlham Əliyevin bu dəfə komandada dəyişiklik edəcəyinə inanır. «Hesab edirəm ki, məmurların ən azı 50 faizi istefaya göndəriləcək. 15 il bir vəzifədə oturan məmur nə qədər yaxşı işləsə belə, hökumətə yeni insanlar gəlməlidir», - LDP sədri bildirib.

«Hökumətin tərkibində dəyişiklik edib - etməmək prezidentin səlahiyyətində olan məsələdir, mən onun işinə müdaxilə etmək istəməzdim», - çərşənbə axşamı TrendNews - a müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyev bildirib.

BAXCP sədri özünün prezident seçiləcəyi təqdirdə, Azərbaycanda milli etimad hökuməti formalaşdıracağı ilə bağlı vədinə əməl edəcəyini deyib.

«Bu qurumda ölkənin bütün siyasi palitrası təmsil olunacaqdı. Bundan sonra proporsional seçki sistemi bərpa olunacaq və 2010 - cu ilin parlament seçkiləri nəticəsində qalib gələn partiya hökuməti formalaşdıracaqdı. Amma indi İlham Əliyevin hökuməti yenidən necə formalaşdıracağı öz səlahiyyətində olduğundan, konkret heç nə deyə bilmərəm», - Həsənquliyev vurğulayıb.

«Bu hökumət Azərbaycan üçün artıq on ildən çoxdur heç bir iş görmədiyindən, tamamilə yenidən qurulmalıdır», - çərşənbə axşamı TrendNews - a prezidentliyə keçmiş müstəqil namizəd, yeni yaranacaq Aydınlar Partiyasının Təşəbbüs Qrupunun üzvü Qulamhüseyn Əlibəyli deyib.

Əlibəylinin fikrincə, yeniləşmiş hökumətdə bir sıra nazirliklər birləşdirilməli və səlahiyyətləri bölüşdürülməlidir: «Hesab edirəm ki, insanlar da artıq bir adamın 10 - 15 il nazir olmasından beziblər», - prezidentliyə keçmiş namizəd xatırladıb.

Müxalif Ümid Partiyasının sədri, prezidentliyə keçmiş namizəd İqbal Ağazadə isə, bu məsələ onun səlahiyyətinə aid olmadığı üçün, əlavə şərh verməkdən imtina edib. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 22 Oktyabr 2008   |  Oxunub: 230 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net