Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanın hakim və müxalifət partiyaları dialoqu mümkün sayır
Azərbaycanın hakim və müxalifət partiyaları dialoqu mümkün sayırHakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə keçirilən prezident seçkisindən sonra yaranan yeni mərhələdə iqtidar - müxalifət dialoqunun başlamasını mümkün hesab edir.

«Bu gün iqtidar istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırdır»,- bazar ertəsi TrendNews - a hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

YAP təmsilçisi bildirib ki, iqtidar cəmiyyətdəki siyasi təşkilatları özünə yaxın və uzaq, seçkidə iştirak edən, yaxud boykotçu qüvvələrə bölmür.

Mirzəzadənin fikrincə, iqtidar Konstitusiya ilə üzərinə düşən məsuliyyəti yerinə yetirir.

«Bu məsuliyyətlərdən biri də siyasi partiyaların normal inkişafına şərait yaradılmasıdır. İqtidar daim bunu etməyə çalışır. Bunun nəticəsidir ki, sonuncu seçkidə hər bir siyasi qüvvə hansı formada iştirak edib -etməməyini özü müəyyənləşdirdi və mövqeyini cəmiyyətə açıqlamaq üçün şərait yaradıldı», - YAP funksioneri bildirib.

Mirzəzadənin sözlərinə görə, əməkdaşlıq üçün, sadəcə olaraq, müxalifət partiyaları təklifləri ilə iqtidara müraciət etməlidir.

«Dialoq elə olmalıdır ki, tərəflərin hər birinin fikirlərini açıq deməsinə imkan yaransın. Düşünürəm ki, həmin mühiti hakimiyyət yaradıb və bundan sonra da belə olacaq. Siyasi qüvvələr də iqtidarla hansısa məsələnin müzakirəsini keçirmək istəyərsə, əlbəttə, bunun reallaşması da mümkündür», - Mirzəzadə əlavə edib.

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşünür ki, prezident seçkisindən sonra siyasi dialoqun aktuallığı və vacib olması bir daha önə çıxıb.

«Məncə, Azərbaycan müxalifəti faktiki vəziyyətlə hesablaşmalı və bütünlükdə milli problemlərin həllində, eləcə də növbəti parlament seçkilərinin daha da demokratik keçirilməsi üçün iqtidarla əməkdaşlığa hazır olduğunu bəyan etməlidir», - bazar ertəsi TrendNews - a Cəlaloğlu bildirib.

ADP sədrinin fikrincə, müxalifətin bir hissəsinin seçdiyi yol bütün siyasi nailiyyətlərə və ölkədə demokratik situasiyanın dəyişdirilməsinə, yəni siyasi inkişafa səbəb olmayıb.

«İstər müxalifət, istərsə də iqtidarın köhnə şüarlarla çıxış edib, bir - birini qəbul etməməsi və bir - birinin əleyhinə kəskin bəyanatlar verməsi bütünlükdə münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Düşünürəm ki, yeni dönəmdə tərəflər bir - birini gözləmədən hər biri əks tərəflə münasibətlərinə yenidən baxmalıdır», - Cəlaloğlu vurğulayıb.

Cəlaloğlunun sözlərinə görə, iqtidar - müxalifət dialoqu seçkidə iştirak etməyən partiyalarla baş tutarsa, bunun əhəmiyyəti hər iki tərəf üçün daha çox olar.

«ADP xeyli vaxtdır, dialoqa hazır olduğunu bildirib. Amma dialoqun baş tutması üçün hakimiyyətin konkret addımlar atması gərəkdir», - ADP sədri deyib.

Böyük Quruluş Partiyasının başqanı, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlunun sözlərinə görə, yeni mərhələdə dialoqun baş tutması iqtidara aid olan məsələdir.

«Hakimiyyət əvvəlki siyasətini davam etdirəcəksə, təbii ki, dialoq alınmayacaq. Amma seçkidə iştirak edən müxalif partiyalarının namizədləri hakim partiyanın namizədini qalib gəlməsi münasibətilə təbrik etdi. Bu addımı müxalifət atdı, lakin iqtidar tərəfdən belə bir addımın atılması müşahidə olunmayıb. Ona görə hakimiyyətin bu addımını gözləmək lazımdır», - bazar ertəsi TrendNews - a BQP başqanı bildirib. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 21 Oktyabr 2008   |  Oxunub: 122 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net