
“Təkan” Tələbə Gənclərin İctimai Birliyi “Odlar Yurdu” Universitetinin Tələbə-gənclər təşkilatı ilə birgə 18 oktyabr “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi və prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi münasibəti ilə tədbir keçirib. Birlikdən APA-ya verilən məlumata görə, tədbirdə İstiqlal Bəyannaməsi qəbul olunana qədər Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəyə diqqət yönəldilib, həmin vaxt ölkədəki ictimai-siyasi proseslər haqda çıxışlar olub. Yığıncaqda müstəqilliyin qorunmasının vacibliyi və bu məsələ də gənclərin üzərinə düşən məsuliyyətdən də danışılıb. Tədbirdə eyni zamanda 15 oktyabrda keçirilən prezident seçkisində YAP-ın namizədinin qalib gəlməsi, İlham Əliyevin müstəqilliyimizin qorunması, o cümlədən gücləndirilməsi istiqamətindəki roluna da toxunulub.
Sonda isə Heydər Əliyevin müstəqilliyin qorunmasındakı rolunu əks etdirən sənədli film nümayiş etdirilib. /APA/