Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb
'Az601;rbaycandaAzərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb.
Bu gün -- oktyabrın 15 - də səsvermə səhər saat 8:00 - da başlayıb, saat 19:00-da başa çatacaq.
Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) veriləcək. Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən «Seçkilər» İnformasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək. Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar isə, «Seçkilər» İnformasiya Mərkəzinin İnternet saytında, seçki günündən başlayaraq yerləşdiriləcək. MSK seçkinin ilkin nəticələrini, dairə seçki komissiyaları tərəfindən protokol təqdim edildikdən dərhal sonra, seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində və MSK-nın İnternet saytında yerləşdirəcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası, səsvermə günündən başlayaraq, 10 gündən gec olmamaqla, prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Konstitusiyanın 101 - ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Konstitusiyanın 103 - cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs, prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq, üç gün ərzində and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanın 500 seçki məntəqəsində veb - kameralar quraşdırılıb. Veb -kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə edir və hər seçki dairəsinin 3 - dən 15-dək məntəqəsində quraşdırılıb.

Azərbaycanda seçkini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Azərbaycanın dörd Qeyri - Hökumət Təşkilatı – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), ELS Müstəqil Araşdırmalar Mərkəzi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi və «RƏY» Monitorinq Mərkəzi «exit-poll» keçirəcək.

MSK tərəfindən 2672 yerli müşahidəçi qeydiyyatdan keçib. Seçki dairələrindən 43 min 100 nəfər qeydiyyata alınıb. Bunlardan 21520 - si siyasi partiyalar, 15772 - si QHT nümayəndələri, 5802 - si müstəqil müşahidəçilərdir.

Prezident seçkisini, aralarında Reuters, AP, TRT, Vesti, NTV, İTAR-TASS, «Anadolu», «Frans-Press», «Azadlıq» radiosu, «EL Pais», «Rossiyskaya qazeta» qəzetləri, «CTB», Rustavi-2, «Mir» telekanalı olmaqla, xarici ölkələrin 27 kütləvi informasiya vasitəsi işıqlandıracaq. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 15 Oktyabr 2008   |  Oxunub: 111 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net