
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bütün televiziya kanallarına müraciət edib ki, veb-kameralar quraşdırılmış seçki məntəqələrindən canlı yayım versin.
«İlkin nəticələr axşam saat 22:00-da açıqlanacaq» çərşənbə günü MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında Pənahov deyib.
Pənahovun sözlərinə görə, bütün sekçi məntəqlərindən səslərin hesablanması gecə saatlarında başa çata bilər. Lakin Seçki Məcəlləsinə əsasən, səsvermənin rəsmi nəticələri səsvermə günündən 48 saat sonra açıqlanacaq.
MSK jurnalistləri məntəqələrdə qanun pozuntuları olduğu halda, müvafiq qurumlara müraciət etməyə çağırıb. /Trend/