
Azərbaycanın müxalifətçi Müasir Müsavat Partiyasının prezidentliyə namizədi 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı məntəqəsində səsvermədə iştirak edib.
Trend News-un məntəqədə olan müxbirinin məlumatına görə, səsvermədən sonra Hafiz Hacıyev jurnalistlərə bildirib ki, Azərbaycanda ilk dəfədir, bu cür sabit prezident seçkisi keçirilir.
«Bu bizi sevindirir və xalqımızın böyük nailiyyətidir. Builki seçki əvvəlki seçkilərlə müqayisədə daha demokratikdir», - prezidentliyə namizəd əlavə edib.
Hacıyev bildirib ki, Azərbaycanda bu gün demokratik seçki ənənəsinin bünövrəsi qoyulub. Onun sözlərinə görə, səsvermə zamanı müdaxilə hallarına rast gəlinməyib. /Trend/