
Hakim Yeni Azərbaycan Partiyası hesab edir ki, səsvermə başlanandan 2 saat ərzində seçicilərin fəallığı hiss olunur.
«Səsvermə başa çatana qədər seçici fəallığı daha yüksək olacaq», - 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verən YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Trend News-a bildirib.
«Əminəm ki, nəticədə hakim partiyanın namizədi İlham Əliyev qalib gələcək», - Qurbanlı əlavə edib. /Trend/