
Prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Qulamhüseyn Əlibəyli bu gün saaat 10.00-da 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən prezidentliyə namizəd seçki prosesinin normal təşkil olunduğunu və gün ərzində bu qayda ilə davam edəcəyinə əminliyini bildirib.
O, səsvermə prosesini gün ərzində qərargahında izləyəcəyini deyib.
Seçkinin nəticələrinə gəlincə isə, namizəd deyib ki, nəticələri seçicilər müəyyənləşdirəcəklər. Əlibəyli namizəd kimi onun müşahidəçilərinin əksər seçki məntəqələrində bu prosesi izlədiyini qeyd edib. /Trend/