
Qazaxıstanda yaşayan azərbaycanlıların 25 faizi, bir qayda olaraq, Azərbaycan prezidenti seçkisində səs veriblər.
«İndiyədək Qazaxıstanda yaşayan 300 - dən çox Azərbaycan vətəndaşından təqribən 70-i səs verib», - deyə çərşənbə günü TrendNews-un xüsusi müxbirinə Astanadakı seçki məntəqəsinin sədri Hatəm Həsənov bildirib.
Qazaxıstanda iki seçki məntəqəsi yaradılıb: Astanada – Azərbaycanın bu ölkədəki səfirliyində və Aktaudakı baş konsulluqda. Məntəqələr yerli vaxtla saat 08:00 - da açılıb.
Səhər saat səkkizin yarısından yeddi beynəlxalq müşahidəçi Astanadakı məntəqəyə gəlib və onlar səsvermə üçün lazım olan bütün atributları yoxlayıblar.
Aktaudakı səsvermə də analoji rejimdə keçir. /Trend/