
Azərbaycan Respublikasının prezidentliyinə namizədi Qüdrət Həsənquliyev bu gün keçirilən seçkilərdə heç bir problem yaranmayacağına inandığını bildirib.
«Bu gün keçirilən seçkilər ölkənin həyatında ən böyük siyasi hadisədir. Ölkəmiz bu seçkilərdən çox şey gözləyir. Hələ ki, hər şey yaxşıdır. Ümid edirəm ki, seçki prosesi boyunca heç bir problem olmaz», bu gün 16 saylı Yasamal Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində səs verən Həsənquliyev deyib.
Həsənquliyevin namizədliyi sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülüb.
BAXCP sədri bildirib ki, Azərbaycan xalqı prezident seçkilərində bir çox məsələlərin həll olunacağını gözləyir.
«Prezident seçkilərində iştirak edən xalqımız sabitlik, iqtisadi inkişaf, Qarabağ probleminin və başqa məsələlərin həll olunmasını gözləyir», - deyə Həsənquliyev əlavə edib. /Trend/