
Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən seçkilərdə fəallıq müşahidə olunmaqdadır.
Ankarada rəsmi qediyyatda olan Azərbaycan vətəndaşlarının ümumu sayı 562 nəfərdir.
«Burada iş günü olduğu üçün seçicilərin əsas hissəsini təşkil edən tələbələrin dərsdən sonra gələcəyi gözlənilir. Günorta növbəsində oxuyan tələbələrin bir hissəsi isə artıq seçkilərdə iştirtak edib», -deyə Azərbaycanın Türkiyədəki fövqalədə və səlahiyyətili səfiri Zakir Həşimov Trend News-a bildirib. O həmçinin bildirib ki, artıq təxminən 90 nəfər səsvermədə iştirak edib.
«Seçkilərdə seçicilərin faəl iştirakı müşahidə olunur», - deyə səfir qeyd edib. /Trend/