
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün Bakıya gəlib. Bu barədə APA-ya Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. MSK-nın 3 üzvü – İqor Borisov, İrina Dubrovina və Siyabşah Şapiyev, eləcə də Rusiyanın 5 federasiya subyektinin seçki komissiyalarının sədrləri də hazırda Azərbaycandadır. Onlar MDB müşahidə missiyasının tərkibində müşahidə aparacaqlar. /APA/