Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

SMM-nin şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparılmasını boykot edib
'SMM-ninSeçki Monitorinq Mərkəzinin (SMM) şimal bölgəsi üzrə təmsilçiliyi seçki günü monitorinq aparmayacağını bəyan edib. APA-nın məlumatına görə, Xaçmazda keçirilən toplantıda SMM-in koordinatoru Səidə Xanbabayeva və daha 11 müşahidəçi qurumun Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin sabah keçiriləcək prezident seçkilərində bu qurumun adından müşahidəçilik missiyasını yerinə yetirməyəcəyini deyib. Onlar digər bölgələrdəki nümayəndəlikləri də eyni addımı atmağa çağırıblar.

S. Xanbabayeva bu addımlarını SMM rəhbərliyinin onlardan seçkiyə qərəzli mövqe ilə yanaşmağı tələb etməsi, KİV-lə əlaqəni qadağan etməsi, müşahidəçilər üçün hazırlanmış qovluqları, sənədləri gizli saxlamağı tələb etməsi ilə əlaqələndirib: “Mən on aydır ki, Seçki Monitorinq Mərkəzinin şimal bölgəsi üzrə koordinatoruyam. Biz SMM qeydiyyatda olduğu müddətdə normal fəaliyyət göstərmişik. Lakin sonradan məhkəmə SMM-in qeydiyyatını ləğv etdi. SMM-in rəhbəri KİV-lərdə iddia edir ki, bölgələrdə ofislər yoxdur. Lakin bizim ofisimiz 6 aydır ki, açılıb və fəaliyyət göstərir. Rəhbərlik isə bizə ofisin fəaliyyəti barədə heç yerdə danışmamağı tapşırıb. Mən və ofisdəkilər rayondakı bütün QHT-lər kimi açıq və şəffaf fəaliyyət göstərmək, mətbuatla təmasda olmaq istəyirdik. Lakin SMM rəhbərliyi bizə KİV-lərə əlaqə qurmağı qadağan edib. Yalnız internet vasitəsilə mərkəzi ofisə məlumatlar verir və təlimatlar alırdıq”.

SMM rəhbərliyindən bölgədəki məntəqələrin 60 faizini əhatə etməklə bağlı tapşırıq aldıqlarını deyən S. Xanbabayeva onlara müşahidəçilərin bölgədəki DSK-da və MSK-da könüllü və müstəqil müşahidəçilər kimi qeydiyyatdan keçirilməsinin tapşırıldığını söyləyib: “Bizə dedilər ki, heç bir halda DSK-larda və MSK-da SMM-in adı çəkilməməlidir. Qeydiyyatdan keçdikdən sonra müşahidəçilər SMM-in himayəsinə keçməlidirlər. Əvvəl bizə tapşırıldı ki, həmin müşahidəçilər məntəqə seçki komissiyalarında sadəcə seçkini müşahidə edəcəklər, yəni adi müşahidəçi kimi fəaliyyət göstərəcəklər. Bir qədər sonra isə bizi Bakıya çağırıb tapşırdılar ki, həmin şəxslər səslərin paralel sayılmasını aparacaqlar. Lakin bir müddət müşahidəçilərə bu haqda heç nə deyilməməlidir. Düzü, bu məni təəccübləndirdi və bəzi məqamlarda etirazımı da bildirdim. Hər şeyin gizli aparılması bizi şübhələndirmişdi. Gözləyirdik ki, seçkiyə bir neçə gün qalmış SMM şəffaf fəaliyyətə başlayacaq. Lakin bir neçə gün əvvəl bizə təlimat gəlib ki, seçkiyədək və seçki günü KİV-lərlə əlaqə saxlamaq qəti qadağandır.

Bundan əlavə, rayona üzərində Azərbaycan və ingilis dillərində Seçki Monitorinq Mərkəzi yazılmış, içərisində SMM-in təlimatları və səs saymanın kodlaşdırılmış qaydasını əks etdirən sənədlər olan xeyli qovluq göndərdilər. SMM rəhbərliyi tələb etdi ki, müşahidəçilər bu qovluqlarla məntəqələrə daxil olmalıdırlar. Bu addım bir daha şübhələrimizin əsassız olmadığını göstərdi. Bizə məlum oldu ki, SMM-in bu missiyası seçki günü qarşıdurma yaratmağa xidmət edir. Mən və yoldaşlarım saxtakarlıq və yalan üstə qurulmuş belə fəaliyyətin əleyhinəyik. Odur ki, SMM-i seçki günü boykot etmək qərarına gəlmişik. Tək mən yox, burada olan və olmayan SMM-dən olan müşahidəçilərin böyük əksəriyyəti də bu fikirdədir. Mən respublika ərazisində SMM-dən olan bütün müşahidəçilərə müraciət edirəm ki, bizə qoşulsunlar, heç bir halda məntəqələrə SMM-in adı ilə daxil olmasınlar. Bəyan edirəm ki, heç bir siyasi qüvvəni təmsil etmirəm, ölkədə azad, ədalətli və demokratik seçkilərin keçirilməsinin tərəfdarıyam. Bunun üçün lazım olan hər şeyi edəcəyəm”.

Qeyd edək ki, dünən SMM-in müşahidəçisi də eyni məzmunlu bəyanatla çıxış edib. /APA/


Èñòî÷íèê: avciya.az
Tarix: 15 Oktyabr 2008   |  Oxunub: 128 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net