
Azərbaycan prezidenti seçkilərində GUAM - ın müşahidəçi missiyası namizədlər üçün yaradılmış seçkiqabağı şəraitdən razıdır. Seçicilərə fikirlərinin çatdırılması üçün bütün namizədlərə bərabər şərait yaradılıb, - GUAM missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib. Missiya bu fikrə ölkədə seçkiqabağı vəziyyəti müşahidə etdikdən sonra gəlib.
Seçkilər hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir, seçkiqabağı kampaniyanın sakit gedişi isə, seçkiləri asayiş pozuntusu olmadan keçirməyə imkan verir, - o bildirib.
Seçki günü GUAM-ın missiyası mümkün qədər çox regionu əhatə etməyi planlaşdırır, - Çeçelaşvili vurğulayıb. /Trend/