
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin missiyası Azərbaycana gəlib. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, missiyanın 158 nümayəndəsi MSK-da qeydiyyatdan keçib. Şəbəkənin müşahidəçiləri Azərbaycanın müxtəlif bölgələrində 400-ə qədər seçki məntəqəsində səsvermənin gedişini izləyəcək. /APA/