
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Bakı şəhərindəki Dairə Seçki Komissiyalarında tibb məntəqələri təşkil olunacaq. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib.
R. Nağıyevin sözlərinə görə, bu məqsədlə artıq həkim, feldşer və sürücüdən ibarət 34 briqada yaradılıb. Bu briqadalar seçki məntəqələrinin müraciəti əsasında təcili tibbi yardım göstərəcək. Briqadalar sabah saat 08.00-dan 19.00-dək fəaliyyət göstərəcək. /APA/