
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək məqsədilə Bakıda səfərdə olan Latviya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Raymonds Olexno Azərbaycan MSK-nın sədri Məzahir Pənahovla görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov Azərbaycandakı ictimai-siyasi sabitlik, iqtisadi inkişafdan danışıb, oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib. O, seçkilərin azad və şəffaf seçki keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu, ölkə ərazisindəki seçki məntəqələrinin təqribən 10 faizində veb-kameralar quraşdırıldığını vurğulayıb.
Raymonds Olexno isə Azərbaycanda dairə seçki komissiyalarının ayrıca inzibati binalarda fəaliyyət göstərmələrini, dairə və məntəqələrin lazımi texniki avadanlıqla təmin olunmalarını, bəzi məntəqələrdə veb-kameraların quraşdırılmasını yüksək qiymətləndirib. /APA/