
GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıya gəlib.
Bu barədə APA-ya GUAM-ın mətbuat xidmətindən məlumat verilib. GUAM müşahidə missiyasının tərkibinə Gürcüstan parlamentinin 2 deputatı, Ukrayna Xarici İşlər Nazirliyinin 3 diplomatı və Ukraynanın Azərbaycandakı səfirliyinin 2 əməkdaşı daxildir. Müşahidə missiyası seçkilərin yekunları ilə bağlı oktyabrın 16-da mətbuat konfransı keçirməyi planlaşdırır. Valeri Çeçelaşvili həmçinin Xarici İşlər Nazirliyində görüşlər keçirməyi, birlik ölkələrinin iqtisadi və siyasi sferada əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır. /APA/