
Prezident seçkiləri ilə əlaqədar oktyabrın 15-i Azərbaycanda iş günü deyil.
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən (MMM) APA-ya daxil olan məlumata görə, Seçki Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Prezident seçkiləri ölkənin bütün ərazisini əhatə etdiyi üçün Seçki Məcəlləsinin 29.9-cu maddəsinə uyğun olaraq oktyabrın 15-i bütün respublika ərazisində iş günü hesab olunmur. /APA/