Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

SMM-nin koordinatoru qurumun hazırladığı ssenari ilə bağlı sensasion bəyanat yayıb
'SMM-nin“Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün bütün vətəndaşlar fəallıq göstərməlidir.
Ölkə qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməklə hamımız Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və kampaniyanın demokratikliyini daha da artıra bilərik. Mən də gənc və bitərəf ziyalı kimi Seçki Monitorinq Mərkəzinin (SMM) Quba-Xaçmaz bölgəsindəki nümayəndəliyinin təşkil etdiyi müşahidəçilər qrupuna qoşulmuşam, bu qurumun 54 və 55 saylı seçki dairələri üzrə koordinatoruyam. Bundan əlavə, MSK-dan uzunmüddətli könüllü müşahidəçi kimi qeydiyyatdan keçmişəm. SMM rəhbərliyindən bizə bildirilib ki, müstəqil müşahidəçilər adı altında Dairə Seçki komissiyalarından və MSK-da qeydiyyatdan keçməli, lakin sonradan SMM-in müşahidəçiləri kimi fəaliyyət göstərməliyik. SMM-in adı isə heç yerdə çəkilməməlidir”. Bu sözlər SMM-in 54 və 55 saylı seçki dairələri üzrə koordinatoru, qurumun təlimçisi və respublika ərazisi üzrə müşahidəçisi, Xaçmaz sakini Təranə Rafiq qızı Zaliyevanın bu gün yaydığı bəyanatdandır.

T. Zaliyevanın APA-ya daxil olan bəyanatında bildirilir ki, onlara o da tapşırılıb ki, seçki günü səslərin paralel sayılmasını təşkil etsinlər və heç bir dövlət və qeyri-dövlət qurumları, hətta yerli müşahidəçilər belə bir müddət bundan xəbərdar olmamalıdırlar: “Qeyd edim ki, mən əvvəldən belə fəaliyyətin əleyhinə olmuşam. Başa düşə bilmirdim ki, nəyə görə SMM rəhbəri Anar Məmmədli demokratiya və şəffaflıqdan danışdığı halda, bizi gizli fəaliyyət göstərməyə təhrik edir, KİV-lərdə çıxış etməyə qadağa qoyub”.

T. Zaliyeva SMM-in oktyabrın 10-da yaydığı hesabatında onun 55 saylı Seçki Dairəsindən verdiyi məlumatı saxtalaşdırdığını da qeyd edib: “Mən internet vasitəsi ilə göndərdiyim informasiyada bildirmişəm ki, YAP-ın Xaçmaz şəhərində keçirdiyi aksiyada rayon mərkəzində və kəndlərdə yaşayan partiya üzvləri iştirak ediblər. SMM-in yaydığı hesabatda isə göstərilir ki, kəndlərdə yaşayan YAP-çılar guya avtobuslarla Xaçmaz şəhərinə gətiriliblər. Vətəndaşları aldatmaq, yalan və saxtakarlıq yolunu tutmuş SMM-in seçkilərin nəticələrini də saxtalaşdıracağına heç bir şübhə yoxdur. SMM-in 15 oktyabrda seçki məntəqələrində süni qarışıqlıq yaradacağı, məntəqələrdən verilən məlumatları da təhrif edəcəyi gözləniləndir. Mən SMM-in belə fəaliyyətini pisləyirəm, qurumun təşkil etdiyi “seçki komediyası”nda iştirakdan imtina edirəm. Mənim kimi SMM tərəfindən aldadılaraq bu qurumun fəaliyyətinə cəlb olunmuş bütün vətəndaşlardan eyni addımı atmağı xahiş edirəm. SMM-in rəhbərliyinə isə təklifim budur ki, seçkiləri müşahidə edəcək müşahidəçilərinin siyahısını, alınan qrantın məbləğini açıqlasın. Onda hər şey göz qabağında olacaq və dediklərimə heç bir şübhə yeri qalmayacaq”. /APA/


Èñòî÷íèê: avciya.az
Tarix: 14 Oktyabr 2008   |  Oxunub: 93 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net