
Azərbaycan Mətbuat Şurası (MŞ) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Media və seçkilər” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq, seçki prosesinin işıqlandırılmasında jurnalistlərin rolundan danışıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev çıxışında seçki prosesində iştirak edən jurnalistlərin digər müşahidəçilərdən fərqi, onların hüquqları barədə məlumat verib.
Tədbirdə bildirilib ki, seçki prosesində jurnalistlərlə bağlı baş verə biləcək hər hansı problemi araşdırmaq məqsədi ilə seçki günü Mətbuat Şurasında “Qaynar xətt” fəaliyyət göstərəcək. Qeyd olunub ki, seçki günü xidməti vəzifələrini yerinə yetirərkən hər hansı xoşagəlməz vəziyyətlə rastlaşan mətbuat təmsilçiləri 561-82-46 və 561-80-37 nömrələrlə “Qaynar xətt”ə müraciət edə bilərlər. /APA/