
Lənkəran şəhərində prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Cənub bürosunun xəbərinə görə, “Xəzər-Lənkəran” futbol klubunun stadionunda keçirilən tədbirdə İlham Əliyevin vəkilləri, Mili Məclisin üzvləri Hadı Rəcəbli, Miri Qənbərov və professor Musa Qasımov çıxış edib. Çıxışlarda İlham Əliyevin prezident olduğu 5 il ərzində ölkədə aparılan islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışılıb. /APA/