
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Cahangir Nəcəfov Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub. Toplantıda 55 saylı Xaçmaz seçki dairəsinin Dairə Seçki Komissiyasının tərkibində dəyişiklik edilib. Həmçinin, səsvermə zamanı veb kameralar quraşdırılacaq seçki məntəqələrinin siyahısında dəyişiklik edilib, veb kameraların əvvəldən nəzərdə tutulan seçki məntəqələrində deyil, digər 11 məntəqədə quraşdırılması qərara alınıb. MSK katibi Natiq Məmmədov bildirib ki, bu, görüntülərin daha effektli alınması məqsədi ilə həyata keçirilib. /APA/