
Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədi, dövlət başçısı İlham Əliyevin təbliğat - təşviqat kampaniyasının sonuncu günü ölkənin böyük şəhərlərində mitinqlər keçirib.
«Prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin, YAP- ın tanınmış simalarının, nüfuzlu elm və mədəniyyət xadimlərinin təmsil olunduğu təbliğat - təşviqat qrupunun nümayəndələrinin iştirakı ilə Bakıda məskunlaşmış Şuşa şəhərindən olan məcburi köçkünlərlə, paytaxtın Nərimanov, Nəsimi, Səbayel, Xətai, Əzizbəyov, Qaradağ rayonlarında görüşlər və Sumqayıt, Gəncə, Lənkəran və Yevlax şəhərində mitinq keçirilib»- bu barədə bazar ertəsi YAP mətbuat xidmətindən məlumat verilib.
YAP - dan bildirilib ki, «İlhamla irəli» şüarı ilə keçirilən seçki - təşviqat kampaniyası oktyabın 13 - də uğurla başa çatdırılıb. «İlhamla irəli» şüarı ilə keçirilən seçki - təşviqat kampaniyası çərçivəsində təşkil edilən bütün kütləvi aksiyalar, hər bir görüş kütləviliyi, fəallığı ilə seçilib. Bütövlükdə prezidentliyə namizəd İlham Əliyevin seçki kampaniyasında 1 milyon 500 mindən artıq vətəndaş iştirak edib.
Seçki - təşviqat kampaniyası çərçivəsində, vəkillərin, partiyanın təbliğat - təşviqat qrupunun təmsilçilərinin iştirakı ilə 1200 - dən artıq görüş keçirilib», - deyə məlumatda qeyd olunub. /Trend/