
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 26 nəfərdən ibarət nümayəndə heyəti, bu qurumun Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkelin rəhbərliyi altında oktyabrın 12-də Bakıya gəlib. Səfərin məqsədi Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.
MSK yanında Müstəqil Mətbuat Mərkəzindən Trend News-a bildiriblər ki, səfər zamanı AŞPA müşahidəçiləri prezidentliyə namizədlər və media nümayəndələri ilə görüşəcəklər.
Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir. /Trend/