
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 30 beynəlxalq KİV-in 92 nümayəndəsi Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının Müstəqil Mətbuat Mərkəzindən Trend News-a bildiriblər.
Onların hər biri MSK tərəfindən qeydiyyat vəsiqələri ilə təmin olunub. Bu, KİV arasında FRE/RL (“Azadlıq” radiosu), Teleimedi teleşirkəti, “Aljazeera”, TRT, Rumıniyanın Milli Televiziyası, Rustavi – 2, “STB”, NTV (Rusiya), “MİR” teleradioşirkəti, “Vesti”, İRNA, İhlas Haber Ajansı, Anadolu, EPA, “Frans-Press”, Bloomberg News, İTAR-TASS, “Asociated Press” informasiya şirkətləri, “Profil”, “Vestnik XXI”, “Rossiyskaya qazeta” kimi nüfuzlu mətbu orqanların jurnalistləri, “El Pais” qəzeti və başqaları var. /Trend/