
Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası sabah baha çatır. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, kampaniya səsverməyə 24 saat qalmış - oktyabrın 14-ü saat 8.00-da dayandırılacaq.
Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə builki seçkilərdə təbliğat kampaniyası sentyabrın 17-də başlayıb. Kampaniya 28 gün davam edib. /APA/