
Adları seçici siyahılarında olmayan seçicilər səsvermə günü məhkəməyə müraciət etmədən siyahılara düşə biləcəklər. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, artıq seçicilər siyahılara düşmək üçün əvvəlki kimi məhkəmələrə müraciət etmək məcburiyyətində qalmayacaqlar. Onlar yaşadıqları ərazidə olan məntəqə seçki komissiyasında öz şəxsiyyət vəsiqələrini göstərmək və ərizə formasını doldurmaqla əlavə seçici siyahısına düşdükdən sonra səsvermədə iştirak edə biləcəklər. /APA/