
Prezidentliyə namizəd Fazil Qəzəınfəroğlu “Təbriz” kinoteatrının qarşısındakı meydanda seçicilərlə görüş-mitinq keçirib.
F. Qəzənfəroğlunun Seçki Qərargahından APA-ya verilən məlumata görə, mitinqdə Fazil Qəzənfəroğlunun vəkilləri Bəxşeyiş Əsgərov və Elxan Şükürlü çıxış edərək, namizədlə, onun fəaliyyəti ilə bağlı seçicilərə məlumat veriblər.
Daha sonra çıxış edən F. Qəzənfəroğlu isə platformasından, ölkədəki iqtisadi, siyasi, sosial, mədəni sahələrə aid öz görüşlərini seçicilərlə paylaşıb.
Qeyd edək ki, Seçki Qərargahı bu mitinqlə Fazil Qəzənfəroğlunun seçkiqabağı təbliğat-təşviqat kampaniyasının yekunlaşdığını bildirib. /APA/