
MDB icra katibi Sergey Lebedev Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesi ilə tanış olmağa başlayıb. MDB müşahidə missiyasından APA-ya verilən məlumata görə, Sergey Lebedev bu gün Sumqayıt şəhər icra hakimiyyətində və dairə seçki komissiyalarında görüşlər keçirib. O həmçinin Bakıda bəzi seçki məntəqələrinə baş çəkəcək, rəsmi şəxslərlə və ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Frleslə görüşəcək. /APA/