
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədinin platforması digərlərindən fərqlənir”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, prezident seçkisinin bu şəkildə keçirilməsinin əleyhinə olmalarına baxmayaraq, mətbuat vasitəsilə namizədlərin platforması ilə tanış olub: “Hər bir namizəd öz platformasının fərqli və reallığı əks etdirdiyi fikrindədir. Amma BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin seçki platforması digərlərindən fərqlənəndir. Çünki Qüdrət Həsənquliyev Azərbaycanın bütün problemlərini və Bütöv Azərbaycan problemini açıq şəkildə deyə bilir. Onun platforması bizə daha yaxındır”. /APA/