
Açıq Cəmiyyət Partiyası (ACP) prezident seçkilərini müşahidə edəcək. Partiya sədrinin müavini Nizami Məmmədov APA-ya bildirib ki, 20-dən artıq ACP üzvü seçki günü müşahidəçilik fəaliyyəti ilə məşğul olacaq. Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçən partiya üzvləri işğal olunmuş rayonlar istisna olunmaqla, ölkənin bütün bölgələrdə fəaliyyət göstərən seçki dairələrində müşahidə missiyasını həyata keçirəcəklər. Növbəti gün isə müşahidə missiyası seçki ilə bağlı yekun sənədi cəmiyyətə açıqlayacaq. /APA/