
Azərbaycan prezidentliyinə namizəd, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyevin «İlhamla irəli» seçki - təşviqat kampaniyası çərçivəsində, bu günədək 1200 - dən artıq görüş keçirilib.
YAP - ın mətbuat xidmətindən Trend News - a şənbə günü verilən məlumata əsasən, həmin görüş və kütləvi aksiyalarda 1 milyon 500 mindən artıq səsvermə hüququna malik Azərbaycan vətəndaşı iştirak edib.
Prezidentliyə namizədlərin təbliğat- təşviqat kampaniyası sentyabrın 17-də başlayıb və səsvermə gününə bir gün qalmış başa çatacaq.
Məlumatda bildirilib ki, YAP - ın seçki kampaniyası çərçivəsində təşkil etdiyi bütün kütləvi tədbirlər Qanuna müvafiq olaraq, namizədlərin görüşləri və kütləvi aksiyalar üçün nəzərdə tutulmuş ünvanlarda təşkil edilib, kifayət qədər səmərəli, uğurlu və mütəşəkkil olub. /Trend/