
Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) katibliyinin iclasında partiya üzvlərinin və tərəfdarlarının prezident seçkilərində iştirakı məsələsi müzakirə olunub.
«Toplantıda partiya üzvlərinin seçkidə sərbəst şəkildə iştirak etməsi ilə bağlı qərar qəbul olunub», cümə günü Trend News-a AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib.
AMİP seçkidə iştirak etməmək barədə qərar verib.
AMİP funksionerinin sözlərinə görə, partiyanın rəhbərliyi üzvlərinə və tərəfdarlarına sərbəstlik verməklə, Azərbaycan Konstitusiyasında təsbit olunan hər bir vətəndaşın seçmək və seçilmək hüququna hörmətlə yanaşdığını bir daha nümayiş etdirib. /Trend/