Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Namizədlər ilk sərəncamlarının nə ilə bağlı olacağını açıqlayıblar
'Namiz601;dl601;rAzərbaycanda namizədlər prezident seçilərlərsə, imzalayacaqları ilk qərarı müəyyənləşdiriblər. Trend News-un cümə günü apardığı sorğu nəticəsində məlum olub ki, prezidentliyə namizədlərin əksəriyyəti bu vəzifəyə seçilərlərsə, ilk olaraq əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalamağı planlaşdırırlar.

Müxalifəti təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, prezident seçilsə, ilk sərəncamı müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər az təminatlı ailələrin komunal xərclərdən və vergilərdən azad edilməsi ilə bağlı olacaq.

«Mənim iki sərəncamım artıq hazırdır. İkinci sərəncam isə altı ay müddətində Dağlıq Qarabağı erməni işğalından azad etmək haqqında olacaq. Bu sərəncamda qeyd olunacaq ki, üç ay müddətində sülh danışıqları aparılsın. Danışıqlar nəticə verməsə, Azərbaycan ordusunu daha da gücləndirməklə müharibə yolu ilə Dağlıq Qarabağ işğaldan azad edilməlidir», - Hacıyev əlavə edib.

Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Fuad Əliyevin sözlərinə görə, ölkənin birinci şəxsi seçilərsə, ilk sərəncamı SSRİ dövründə əhalinin banklarda qalan 600 milyon manatlıq əmanətlərinin qaytarılması ilə bağlı olacaq.

«Uzun müddətdir ki, əhali əmanətləri gözləyir. Hazırda Dövlət Neft Fondunda 10 milyard manat pul var. Bu pulun hesabına əhalinin əmanətlərini qaytaracağıq. Bunun mexanizmini hazırlamışıq. Dekabr ayına qədər siyahı tutulacaq və 2009-cu ilin may ayına qədər əmanətlər qaytarılacaq», - deyə prezidentliyə namizəd əlavə edib.

Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli bildirib ki, Konstitusiyaya uyğun olaraq ilk növbədə Nazirlər Kabinetini istefaya göndərəcək və nazirlərin səlahiyyətlərinin müvəqqəti icrası haqda sərəncam imzalayacaq.

«Bundan sonra isə müəllimlər, həkimlər, mədəniyyət işçilərinin maaşlarını, təqaüdləri və aztəminatlı ailələrin sosial müavinətlərinin artırılması haqda sərəncam imzalayacağam», - deyə prezidentliyə namizəd bildirib.

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, bu məsələ prezidentin səlahiyyətinə aiddir.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu qeyd edib ki, prezident seçilərsə ilk sərəncamı Nazirlər Kabinetini istefaya göndərmək haqda olacaq: «Konstitusiyaya görə, prezident seçilən şəxs ilk növbədə Nazirlər Kabinetini istefaya göndərməlidir. Bundan sonra isə çox məsələ var və ikinci sərəncamın nə həqda olacağını düşünmək olar».

Müxalifətdən olan digər namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib ki, prezident seçilərsə imzalayacağı ilk sərəncamı müəyyənləşdirib. Bu sərəncam Milli Etimad Hökumətinin formalaşdırılması haqqında olacaq.

«Milli Etimad Hökumətinin 50 faizi BAXCP və onun müttəfiqlərindən, yerdə qalanları isə müxalifət, o cümlədən seçkidə iştirak etməyən partiyalarda təmsil olunan və dövlətin inkişaf üçün iş görmək qabiliyyətinə mailk şəxslərdən və hazıkı hökumətin korrupsiyaya bulaşmayan nümayəndələrindən ibarət olacaq».

Ümid Partiyasının sədri, müxalifəti təmsil edən namizəd İqbal Ağazadə isə bildirib ki, imzalayacağı ilk qərarı müəyyənləşdirməyib. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 11 Oktyabr 2008   |  Oxunub: 160 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net