
Azərbaycanda keçiriləcək prezident seçkilərində Türkiyədəki Azərbaycan vətəndaşlarının səs vermələrini təmin etmək üçün Ankara səfirliyində və İstanbul konsulluğunda seçki məntəqəsi yaradılıb.
Türkiyə ərazisində vətəndaşlarımız yalnız Ankaradakı səfirliyimiz və İstanbuldakı Baş konsulluqda yaradılmış məntəqələr vasitəsilə səs verə bilərlər. Türkiyənin başqa bölgələrində məntəqələr olmayacaq.
Ankarada 562, İstanbulda isə 558 nəfərə yaxın seçici siyahıya alınıb. Bu siyahılar artıq təsdiqlənib və bu rəqəmlər son göstəricilərdir. /Trend/