
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesini vaxtından əvvəl başa çatdırıb.
«Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilərin sayından 3 faiz artıq olmaqla çap etdirilmiş 4 milyon 903 600 seçki bülletenininq paylanması başa çatdırılıb», - deyə MSK sədri Məzahir Pənahov çərşənbə günü jurnalistlərə bildirib. /Trend/