
Gürcüstanda yaşayan azərbaycanlılar prezident seçkisində hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin bu ölkədə yaşayan azərbaycanlıların adından qəbul etdiyi müraciətində bildirilib.
Müraciət müəllifləri öz fəaliyyətlərini Gürcüstanla bağlayan bütün Azərbaycan vətəndaşlarını bu dəstəyə qoşulmağa çağırıblar. «Inanırıq ki, İlham Əliyev yenidən prezident seçilərək, Azərbaycan dövlətinin tərəqqisinə, Gürcüstan - Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə çalışacaq və bu münasibətlər bölgədə və bütövlükdə Cənubi Qafqazda əmin-amanlığın yaranmasına ciddi təsir göstərəcək», - deyə müraciətdə bildirilib.
Qeyri - rəsmi məlumatlara əsasən, Gürcüstanda təxminən 500 min azərbaycanlı yaşayır və onlar, əsasən, Kvemo-Kartli (Borçalı) rayonunda məskunlaşıblar. /Trend/