
Müxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) birləşən partiyalar oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə aparacaq. Bu barədə APA-ya MƏM-də təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, qurumda təmsil olunan partiyaların təmsilçiləri artıq müvafiq seçki komissiyalarına müraciət ediblər. O, min nəfərin müşahidəçi vəsiqəsi aldığını da vurğulayıb.
Qeyd edək ki, MƏM-də Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur. /APA/