
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkilləri bu gün Balakəndə rayon ictimaiəti ilə görüş keçirib. Bu barədə APA-nın yerli bürosuna Balakən rayon icra hakimiyyətindən məlumat verilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkillərindən Rəbiyyət Aslanova, Bünyamin Xəlilov, Hikmət Atayev və Yaqub Mahmudov iştirak ediblər. Görüşdə çıxış edən natiqlər İ.Əliyevin prezidentlik dövründə ölkənin şimal-qərb bölgəsində apardığı quruculuq və abadlıq işlərindən danışıblar. Görüş axşam saatlarında konsert proqramı ilə davam edəcək. /APA/