
Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli ATƏT-in prezident seçkilərini müşahidə missiyasının siyasi məsələlər üzrə təhlilçisi Rafael Metyu ilə görüşüb. Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, görüşdə ATƏT təmsilçisi Q. Əlibəylinin seçki kampaniyasının gedişi, qarşılaşdığı problemlər, seçicilərlə görüşləri ilə maraqlanıb.
Q. Əlibəyli isə öz növbəsində seçkilərin təbliğat təşviqat kampaniyası ilə bağlı ətraflı məlumat verib. O, ümumilikdə prosesin gedişinin qənaətbəxş olduğunu və yalnız xırda problemlərin ortaya çıxdığını bildirib. Namizəd yerlərlə seçicilərlə keçirdiyi görüşlər, seçki platforması, seçki qərargahının fəaliyyəti ilə bağlı da ATƏT təmsilçisinə məlumat verib. /APA/