
15 oktyabr prezident seçkiləri günü 10 mindən artıq Azərbaycan vətəndaşı xarici ölkələrdə yaradılmış seçki məntəqələrində səs verəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, bu məqsədlə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində 33 seçki məntəqəsi yaradılıb.
Azərbaycanlıların daha çox yaşadıqları ölkələrdə isə bir neçə seçki məntəqəsi fəaliyyət göstərəcək: “Məsələn, Rusiyada 3, Türkiyə, ABŞ və Qazaxıstan 2 seçki məntəqəsi yaradılıb. Məntəqələr səfirliklərdə və baş konsulluqlarda fəaliyyət göstərəcək”. /APA