
Böyük Quruluş Partiyasının (BQP) Fazil Qəzənfəroğlu Masallıda seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, Masallıda görüş Nizami Gəncəvi adına Mədəniyyət Evində baş tutub. Görüşə Masallı sakinləri ilə yanaşı, cənub bölgəsinin Lənkəran, Yardımlı, Astara, Biləsuvar və Cəlilabad rayonlarından olan seçicilər də qatılıb. F. Qəzənfəroğlu çıxışında seçki platforması ilə bağlı seçicilərə məlumat verib. Namizəd təhsil sahəsində olan problemlərdən danışıb, çıxış yollarını göstərib. Görüşün sonunda prezidentliyə namizəd seçiciləri maraqlandıran sualları cavablandırıb. /APA/