
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən nəşr edilmiş seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq bülletenlərin DSK-lara paylanması prosesi səsverməyə 5 gün qalana kimi yekunlaşmalıdır. Səsverməyə 3 gün qalana qədər isə bülletenlər DSK-lar tərəfindən məntəqə seçki komissiyalarına paylanacaq.
Qeyd edək ki, prezidentliyə 7 namizəd var. Namizədlərin adları bülletenlərə soyadlarının əlifba sırası ilə yazılıb. /APA/