
Oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslərin öz namizədliyini geri götürməsi üçün müəyyən olunmuş müddət başa çatıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsverməyə 10 gün qalana qədər namizədliyi geri götürmək mümkündür. Bu müddətdən sonra hər hansı şəxs namizədliyindən imtina edərsə, o zaman Mərkəzi Seçki Komissiyası (MSK) bu barədə hər hansı məlumat yaymaq, əhalini məlumatlandırmaq səlahiyyətində deyil. Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 7 namizəd iştirak edir. /APA/