
Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində namizədi ilə iştirak etməsə də, səsvermə prosesini müşahidə edəcək. Bu məlumatı Trend News-a bazar ertəsi AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib.
«Seçkiləri müşahidə etmək üçün bir müddət əvvəl rayon təşkilatlarına müvafiq dairələrdə qeydiyyatdan keçmək üçün tapşırıq verilib. Son məlumatlara görə, artıq partiya ölkə üzrə seçki dairələrinin 90 faizindən çoxunda müşahidə imkanı qazanıb», - Orucov bildirib.
AMİP funksionerinin sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etməklə həm seçki prosesini yaxından izləmək, həm də yol veriləcək qanunsuzluqlar barədə daha ətraflı məlumat toplamaq imkanı qazanacaqlar. /Trend/