 Azərbaycanda tanınmış müxalifət liderlərinin və bitərəf siyasətçilərin təmsil olunduğu yeni qurumun yaradılması nəzərdə tutulur. «Mənim tərəfimdən məşhur siyasətçilərdən, bitərəflərdən ibarət mərkəzin yaradılması təklifi hazırlanıb. Təxminən 10-15 fərdin bir araya gəlməsi və ümumdemokratik hərəkatın başlanmasını, bunun yönləndirilməsini mümkün hesab edirəm. Daha çox bu istiqamətdə düşünürəm və fərd olaraq bəzi şəxslərlə danışıqlarım olub», cümə axşamı Trend News-a müxalifətdən olan millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib.
|