
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq vəziyyəti ilə maraqlanıb. MSK sədri isə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, seçki komissiyalarının fəaliyyət prinsipləri və s. vacib seçki məsələləri barədə məlumat verib. Görüşdə həmçinin, Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq barədə memorandumun imzalandığı qeyd olunub və komissiyaların altı ildir ki, bu sənədə uyğun olaraq təcrübə mübadiləsi apardıqları bildirilib. /APA/