
Oktyabrın 5-də Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə Fazil Mustafayev seçicilərə seçki platforması barədə məlumat verib, onların suallarını cavablandırıb.
Namizədin çıxışı, əsasən, Azərbaycanın neft ölkəsindən rifah ölkəsinə çevrilməsi ruhunda olub. Görüşü ATƏT nümayəndələri də müşahidə edib. /APA/